- Köhnə - Dünya
- 15 İyul 2015 10:00
- 2 875
Türkiyədə dəhşətli qəza: 6 ölü, 40 yaralı

Türkiyədə səhərə yaxın 04:15 radələrində meydana gələn qəzada ilkin nəticələrə görə 6 nəfər həyatını itirib, 40-a yaxın insan da yaralanıb.
AzNews.az xəbər verir ki, hadisə Boluda qeydə alınıb.Yağış yağması səbəbiylə sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.
Nəticədə avtobus devrilib. Arxadan gələn başqa bir avtobus isə sürüşərək səddlərə dəyib. Hər iki qəzada ən azından 6 nəfər həyatını itirib, 40-a yaxın insan isə yaralanıb.