Britaniya radiosu FİFA prezidentinə iş təklif edib Britaniya radiosu FİFA prezidentinə iş təklif edib

FİFA prezidenti jurnalist olacaq - İş təklifi

Britaniya radiosu FİFA prezidentinə iş təklif edib


AzNews.az xəbər verir ki, Böyük Britaniyanın Yorkşir (Yorkshire) radiosu FİFA prezidenti Yozef Blatterə postunu tərk etdikdən sonra öz sıralarında işləməyi təklif edib.

"Biz Yozef Blatterə gələn ilin yayında "Yorkşir" radiosunda vakansiya təklif edirik. Əgər o radiojurnalist olmaq istəyirsə, öyrənmək üçün daha yaxşı yer tapa bilməz",- deyə radiostansiyanın nümayəndəsi Sem Bridjes bildirib.

Qeyd edək ki, iyulun 20-də mətbuat konfransı zamanı Yozef Blatter 2016-cı ilin fevralında təşkilatın prezident kürsüsünə seçkilər keçirildikdən sonra radioda işləmək istədiyi deyib.

Xatırladaq ki, Yozef Blatter bu il mayın 29-da beşinci dəfə FİFA-ya rəhbər vəzifəsinə seçilib. Bu seçkilər rüşvət skandalları fonunda baş tutub. Korrupsiya iddiası ilə təşkilatın bir sıra yüksək rütbəli məmurları həbs olunub. İyunun 2-də 79 yaşlı Blatter vəzifəsindən istefa verib. O, FİFA icraiyyə komitəsini növbədənkənar konqres keçirtməyə və yeni rəhbər seçməyə çağırıb.

Aydan Axundova