Krasnodar vilayətinin Qulkeviçski rayonunun polis şöbəsinin çardağında 40 il əvvələ aid edilən kişi meyiti tapılıb. Krasnodar vilayətinin Qulkeviçski rayonunun polis şöbəsinin çardağında 40 il əvvələ aid edilən kişi meyiti tapılıb.

Polis bölməsindən 40 ilin meyiti tapıldı

Krasnodar vilayətinin Qulkeviçski rayonunun polis şöbəsinin çardağında 40 il əvvələ aid edilən kişi meyiti tapılıb.


AzNews.az musavat.com-a istinadən xəbər verir ki, cəsədin qalıqları aprel ayında aşkarlansa da, hüquq-mühafizə orqanları yalnız indi faktı ictimailəşdirib.

Artıq qətl maddəsi ilə cinayət işi qaldırılıb. İstintaqçılar kişinin nədən öldüyünü və niyə onun cəsədinin onlarla il ərzində tapılmamış qalmasını müəyyən etməyə çalışırlar.

Diyar İstintaq İdarəsi rəhbərinin köməkçisi Natalya Smyaçskaya deyib: "Hazırkı anda dəqiq olan odur ki, ölüm 38-40 il öncə baş verib. Ölümün səbəbi və ölənin şəxsiyyəti müəyyən edilməyib".

Onun sözlərinə görə, çardaqda cəsədin tapılmasına yerli polis idarəsi əməkdaşlarının heç bir aidiyyəti yoxdur.