- Köhnə - Dünya
- 16 Avqust 2015 21:46
- 2 224
İki sərnişin qatarı toqquşdu - 20 yaralı

Macarıstanın paytaxtı Budapeştin 50 km şimal-şərqində iki qatarın toqquşması nəticəsində təqribən 20 nəfər xəsarət alıb.
AzNews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
İlkin məlumatlara görə, hər iki qatarın sürəti qəza anında 20 km/saat olub. Qatarlardan heç biri relsdən çıxmayıb. Xəsarət alanlar arasında qatarlardan birinin maşinisti də var. İki nəfərin zədəsi ciddidir.
Qəzanın səbəbləri araşdırılır.