Baş nazirin qaldığı hotel bombalandı - 18 ölü

Yəməndə El Kasr Hoteli İŞİD hücumuna məruz qalıb.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, baş nazir Xalid Bahah və nazirlərin qaldığı hotelin girişində terrorçular üzərindəki bombaları partladıb.

Nəticədə 15-i əsgər olmaqla 18 nəfər dünyasını dəyişib. Hücumda hökumət üzvlərindən ölən və yaralanan olmayıb.