- Köhnə - Dünya
- 4 Noyabr 2015 13:47
- 8 067
Rusiyanın daha bir təyyarəsi qəzaya uğradı - 40-dan çox ölü (Yenilənib 2)
Cənubi Sudanda baş verən qəza nəticəsində 41 nəfər ölüb.
AzNews.az xəbər verir ki, bu barədə Cənubi Sedan prezidentinin nümayəndəsi Ateni Uek məlumat verib.Onun sözlərinə görə, 2 nəfər sağ qalıb. Onlardan biri uşaq, digəri isə heyət üzvüdür.
Şahidlərin sözlərinə görə, qəza baş verən ərazidə 40-dan çox cəsəd var.
South Sudan Tribune nəşrinin məlumatına görə, təyyarənin qəzaya uğramasına səbəb təyyarədə texniki nasazlıq və ya təyyarənin həddindən artıq çox yüklənməsi ola bilər.
***
13:00
Cuba hava limanının rəhbəri bildirib ki, An-12 təyyarəsinin göyərtəsində 20-dən 40-dək insan olub. Təyyarədə olanlardan 3 nəfərin sağ qaldığı bildirilir
AzNews.az xəbər verir ki, bu barədə Eye Radio Juba məlumat verib.
Yük təyyarəsi Cuba hava limanından havaya qalxdıqdan 800 m sonra qəzaya uğrayıb.
***
12:36
Rusiyanın yük təyyarəsi Cənubi Sedanda qəzaya uğrayıb.
AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, təyyarə Cuba hava limanının yaxınlığında (Cənubi Sudan) qəza enişi edib.
Yerli KİV-lərin məlumatına əsasən, təyyarənin göyərtəsində RF-dan olan 5 heyət üzvü və 7 nəfər sərnişin olub. Onlardan biri uşaq olmaqla 2 nəfərin sağ qaldığı bildirilir.
Aydan Axundova