Yaponiyada GPS peyk naviqasiya sistemi ilə təchiz olunan kiçikölçülü qurğu satışa çıxarılıb. Yaponiyada GPS peyk naviqasiya sistemi ilə təchiz olunan kiçikölçülü qurğu satışa çıxarılıb.

Peyk naviqasiya sistemli ayaqqabı satışda - Video

Yaponiyada GPS peyk naviqasiya sistemi ilə təchiz olunan kiçikölçülü qurğu satışa çıxarılıb.


AzNews.az-ın ans-ə istinadən məlumatına görə, məhsulun yaddaş pozğunluğu olan qocalar və ya uşaqlar üçün əvəzedilməz olacağı bildirilir. GPS sistemi ilə işləyən kiçik aparat ayaqqabının daban hissəsində, boyunbaq həmçinin brilok kimi yerləşdirilib. Real vaxt rejimində smartfon və ya kompüter ekranında onun olduğu yer haqqında məlumat almağa imkan verir.


İcad olunan yeni cihaz

Xüsusi internet saytında qeydiyyatdan keçdikdən və şifrə aldıqdan sonra sahibinin hərəkət istiqamətini müvafiq şəxslər təqib edə bilir. Bu vaxtadək Yaponiyada satışda GPS sistemli medalyonlar olub, lakin qocalar çox vaxt onları evdə unudurdular və nəticədə evə gedən yolu itirirdilər. Peyk sistemli ayaqqabının daha etibarlı olacağı iddia olunur.


Uşaqların olduğu yeri təyin edən cihaz

Yerli polisin xəbərinə görə, 2014-cü ildə Yaponiyada 430 min nəfər itkin düşüb ki, onların da çoxu ahıl insanlar olub.