10 döyüş təyyarəsi hərbi təlimə qatılıb 10 döyüş təyyarəsi hərbi təlimə qatılıb

İsrail İrana hücumu sınaqdan keçirdi

10 döyüş təyyarəsi hərbi təlimə qatılıb



İsrail-Yunanıstan hərbi əməkdaşlığı çərçivəsində iki ölkənin hava qüvvələrinin iştirakı ilə hərbi təlim keçirilib. Türkiyə mətbuatının məlumatına görə, sentyabr ayında helikopterlər, döyüş gəmilərinin iştirakı ilə keçirilən və İranın etirazları ilə qarşılanan təlimlərdən sonra bu sayca ikinci təlimdir.

Təlimlər Afinadan 350 km məsafədəki Larisa bölgəsində baş tutub. İsrailli pilotlar gün ərzində 7 dəfə, gecə isə 2 dəfə hədəfi vurmaq üçün təlim keçiblər.

Təlimlərə 10 ədəd F-16 ISUFA tipli İsrail döyüş təyyarəsi qatılıb. Yunan mətbuatı isə hərbi təlimləri "İrana hücüm məşqi" kimi xarakterizə edib. İlk dəfə olaraq təlimlərdən çəkilən foto da yayımlanıb.

Alpər Oğuz
AzNews.az