ABŞ prezidenti Barak Obama daşqınlardan ciddi surətdə zərər çəkmiş Missuri ştatında fövqəladə vəziyyət elan edib. ABŞ prezidenti Barak Obama daşqınlardan ciddi surətdə zərər çəkmiş Missuri ştatında fövqəladə vəziyyət elan edib.

ABŞ-da fövqəladə vəziyyət elan olunub

ABŞ prezidenti Barak Obama daşqınlardan ciddi surətdə zərər çəkmiş Missuri ştatında fövqəladə vəziyyət elan edib.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, prezident təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ştata əlavə federal yardım göstərilməsini qərara alıb. Məlumatda qeyd olunur ki, dekabrın 22-dən başlayaraq bu günədək davam edən fırtına, tornado, güclü külək və daşqınlar səbəbindən ştatda fövqəladə şərait yaranıb.

Ölkənin qərbində baş verən daşqınlar azı 31 nəfərin ölümünə səbəb olub.