Cənubi Koreya kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasının sınağı ilə bağlı bəyanatını şübhə altına alıb. Cənubi Koreya kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasının sınağı ilə bağlı bəyanatını şübhə altına alıb.

Hidrogen bombası partladılmayıb – Kim Çenə qarşı iddia

Cənubi Koreya kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasının sınağı ilə bağlı bəyanatını şübhə altına alıb.


AzNews.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, kəşfiyyat hidrogen bombasının sınağı zamanı baş verən zəlzələnin maqnitudasının kifayət qədər yüksək olmadığını, buna görə də sınağın keçirilmədiyini bildirib: "Üçüncü sınaq zamanı (2013) partlayışın gücü 7,9 kiloton, zəlzələnin maqnitudası 4,9 qeydə alınıb. Bu dəfə partlayışın gücü 6 kiloton, zəlzələnin maqnitudası isə daha az - 4,8 olub" – deyə Cənubi Koreyanın kəşfiyyatı iddia edib.

Kəşfiyyatın məlumatına görə, hidrogen bombası bir neçə 100 ton gücə malikdir, hətta sınağın uğursuz keçdiyi təqdirdə bu güc onlarla ton olmalıdır.

Aydan AXUNDOVA