Balear adalarında İspaniya Kralı IV Felipenin fırıldaqçılqıda ittiham olunan bacısı İnfanta Kristinanın məhkəməsi başlayıb. Balear adalarında İspaniya Kralı IV Felipenin fırıldaqçılqıda ittiham olunan bacısı İnfanta Kristinanın məhkəməsi başlayıb.

İspaniyada kral bacısının məhkəməsi başladı - Tarixi fırıldaqçılıq

Balear adalarında İspaniya Kralı IV Felipenin fırıldaqçılqıda ittiham olunan bacısı İnfanta Kristinanın məhkəməsi başlayıb.



AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, məhkəmə Palma-de-Mayorka şəhərində dövlət administrasiyasının məktəb binasında keçirilir. İspaniya tarixinin ən səs-küylü məhkəmə prosesində kralın bacısından əlavə daha 17 nəfərin işi aparılır. Maliyyə fırıldağında ititham olunan Kristina məhkəməyə əri İnyakı Urdanqarinlə gəlib. Məhkəmənin bu il, iyunun 30-da qərar çıxaracağı gözlənilir.

Qeyd edək ki, kralın bacısının əri İnyaki Urdanqarina 5,8 milyon avro vəsaiti mənimsəməkdə, vergidən yayınmaqda və yalan ifadə verməkdə ittiham olunur. İstintaq Kristinanın da 2007 və 2009-cu ildə ərinə iki vergi cinayətində yardım etdiyini bildirir. Prosesi işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən 590 jurnalist akkreditasiyadan keçib.

Aydan AXUNDOVA