ABŞ: İran səmimi danışıqlara hazır olsa, razılaşma mümkündür

İran ABŞ ilə danışıqlarda səmimi mövqe sərgiləyərsə, münaqişənin başa çatdırılması ilə bağlı razılaşma əldə etmək mümkündür.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu barədə bildirib.

Macarıstana səfəri zamanı çıxış edən Vens qeyd edib ki, hazırda tərəflər arasında “kövrək atəşkəs” mövcuddur. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp ona tapşırıb ki, razılaşma əldə olunması üçün danışıqlarda səmimi şəkildə çalışsınlar.

Vens vurğulayıb: “Əgər iranlılar bizimlə səmimi şəkildə işləməyə hazır olsalar, düşünürəm ki, razılığa gələ bilərik.”

O əlavə edib ki, ABŞ və müttəfiqləri İrana qarşı hücumları dayandırmaq barədə razılığa gəliblər və bu, atəşkəsin əsasını təşkil edir. Eyni zamanda Tehran Hürmüz Boğazını yenidən açmağa razılıq verib.

Vitse-prezidentin sözlərinə görə, Donald Tramp prosesin sürətlənməsini istəyir və danışıqlar aparan heyətə razılaşmaya nail olmaq üçün fəal işləməyi tapşırıb.

Mövsüm,

AzNews.az