Ermənistanda 170 nəfərin H1N1 virusuna (donuz qripi) yoluxması faktı qeydə alınıb. Ermənistanda 170 nəfərin H1N1 virusuna (donuz qripi) yoluxması faktı qeydə alınıb.

Ermənistanda “donuz qripi”nə yoluxanların sayı 170-ə çatdı – Rəsmi açıqlama

Ermənistanda 170 nəfərin H1N1 virusuna (donuz qripi) yoluxması faktı qeydə alınıb.


AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirinin müavini Vaan Poqosyan məlumat verib. Məlumata görə, virusa yoluxanlardan 4 nəfərin vəziyyəti ağırdır. Onlar reanimasiyaya alınıblar.

Həmçinin, 2015-ci ilin sonu – 2016-cı ilin əvvəllərində Ermənistanda 6 nəfərin H1N1 virusundan ölməsi qeydə alınıb.

V. Poqosyanın sözlərinə görə, Ermənistanda hazırda 855 kəskin respirator virus infeksiyasına yoluxma halı qeydə alınıb. Onlardan 101 nəfəri hamilə qadın (37-sinin vəziyyəti yüngü və ya orta ağırdır), 672 nəfəri isə uşaqdır.

Aydan AXUNDOVA