"Əş-Şabab" terrorçu qruplaşması bu gün səhər saatlarında Afrika İttifaqı sülhməramlılarının Kio-Kadoda (Somalinin paytaxtından 550 km məsafədə yerləşir) yerləşən bazasına hücum edib. "Əş-Şabab" terrorçu qruplaşması bu gün səhər saatlarında Afrika İttifaqı sülhməramlılarının Kio-Kadoda (Somalinin paytaxtından 550 km məsafədə yerləşir) yerləşən bazasına hücum edib.

Terrorçular sülhməramlıların bazasını ələ keçirdi

"Əş-Şabab" terrorçu qruplaşması bu gün səhər saatlarında Afrika İttifaqı sülhməramlılarının Kio-Kadoda (Somalinin paytaxtından 550 km məsafədə yerləşir) yerləşən bazasına hücum edib.


AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

"Atışmadan sonra bizim yaraqlılarımız bazaya daxil olaraq oranı tutublar", -deyə "Əş-Şabab" qruplaşmasının nümayəndəsi Şeyx Əbdiəziz Abu Musab bildirib.

Lakin hərbçilərin verdiyi məlumata görə, baza ərazisində döyüş hələ davam edir.

Yerli sakinlər də vaxtaşırı baş verən atışmalar barədə xəbər verirlər. Əldə olunan məlumata görə, əvvəlcə minalanmış maşın bazanın qapılarına çırpılıb, daha sonra terrorçular bazaya hücum ediblər.

Aydan AXUNDOVA