O, bu barədə Facebook səhifəsində yazıb O, bu barədə Facebook səhifəsində yazıb

Baş redaktor Mətbuat Şurasının rəhbərliyini tam heyətdə istefaya çağırdı

O, bu barədə Facebook səhifəsində yazıb

Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı Mətbuat Şurası İdarə Heyətinin tam tərkibdə istefa verməsini tələb edib.

AzNews.az Yenisabah.az-a istinadən xəbər verir ki, o bu barədə Facebook səhifəsində yazıb.

“Azərbaycan Mətbuat Şurasının nizamnaməsinin -

2.1.1. Azərbaycanda söz və mətbuat azadlığının qorunması;

2.1.2. Jurnalistlərin Peşə Davranışı Qaydalarının tələblərinə, mövcud standartlara uyğun peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə KİV arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması;

2.1.3. Mətbuat vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılması, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılması barədə tələblərini

- açıq və kobud şəkildə pozduqlarına;

- jurnalist adına və peşəsinə əsla yaraşmayan şəkildə qeyri-prinsipiallıq, ikiüzlülük və riyakarlıq nümayiş etdirdiklərinə;

- Bir ictimai qurumun rəhbər orqanı olaraq həm jurnalistlər, həm də cəmiyyət arasında nüfuzunu tamamilə itirərək nizamnamə öhdəliklərini yerinə yetirə bilmədiklərinə, əsl ictimai vəzifələrinə laqeyd yanaşaraq ancaq və ancaq şəxsi maraq güddüklərinə görə

1. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tam tərkibdə istefa verməsini;

2. Ehtiyyat üzvlərdən ibarət müvəqqəti İdarə Heyətinin formalaşdırılmasını;

3. Azərbaycan Jurnalistlərinin növbədənkənar qurultayının çağırılmasını tələb edirəm”, - deyə o bildirib.