"Mən cavab verməkdən yorulmuşam" "Mən cavab verməkdən yorulmuşam"

Azərbaycan Prezidenti: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar F-16-ları görəcəklər”

"Mən cavab verməkdən yorulmuşam"

“Bizə sual verirlər ki, Türkiyənin F-16-ları sizdə nə gəzir? Mən cavab verməkdən yorulmuşam. Peykiniz var. Gedin açın baxın F-16-lar neyniyir, havadadır, ya yerdədir?, Görmürsünüz nə gəzir?”.

AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, təyyarələrin yerdə olduğunu hər kəs bilir: “Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər. Cəmi 5-6 təyyarə aeroportda qalıb, amma bunu hər dəfə sual verirlər”.