Azərbaycan Ordusu da bu müqəddəs vəzifəni həyata keçirib Azərbaycan Ordusu da bu müqəddəs vəzifəni həyata keçirib

“Azərbaycan ordusuna iftira atmaq böyük bir səhvdir” - Hulusi Akar

Azərbaycan Ordusu da bu müqəddəs vəzifəni həyata keçirib

“Azərbaycan Ordusu beynəlxalq hüquqa uyğun hərəkət edib. Bu da 30 il ərzində erməni işğalı altında olan torpaqların azad edilməsidir. Hər kəsin bunu bilməsi lazımdır”.

AzNews.az xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bəzi Qərb siyasətçilərinin Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi qərəzli açıqlamalara münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu cür qərəzli danışıqlarla Azərbaycan ordusunu günahlandırıb səhvə yol verilməməlidirlər: “Azərbaycan ordusuna Qarabağı “yıxdı-yandırdı” deyib iftira atmaq gerçəkdən də böyük bir səhvdir. İnsanın öz vətənini qoruması, işğal altındakı torpaqlarını azad etməsi müqəddəs vəzifədir. Azərbaycan Ordusu da bu müqəddəs vəzifəni həyata keçirib. Ancaq Ermənistan bütün dünyanın gözü qarşısında Azərbaycanın mülki əhalisi yaşayan şəhərlərini bombalayıb. Dünya bunu görsə də, lal və kor qaldılar. Həmin şəxslərin müasirlikdən, insan haqlarından, demokratiya və tərəfsizlikdən danışmağı mümkün deyil”.