Möhtəşəm Zəfər paradı - Əli Həsənov yazır

Zəfər tarixinin yaratdığı milli qüruru, milli ruhu və milli ovqatı izləməksə ayrıca bir xoşbəxtlikdir!

30 illik müstəqillik tariximizdə Azərbaycan Ordusu ilk dəfədir ki, bu gün Azadlıq Meydanına Qalib Əsgərləri ilə çıxır. Bugünkü Zəfər Paradını, Zəfər tarixinin yaratdığı milli qüruru, milli ruhu və milli ovqatı izləməksə ayrıca bir xoşbəxtlikdir!

AzNews.az xəbər verir ki, bu sözləri Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşım edən Azərbaycan Prezidentinin keçmiş köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov yazıb.
"Az sonra Azadlıq meydanına keçiriləcək Zəfər paradını Azərbaycan və Türkiyə Prezidentləri birgə qəbul edəcək! Paradda Azərbaycan və Türkiyə ordu birlikləri və şahinləri iştirak edəcək. Paradda Vətən müharibəsində düşməndən qənimət kimi götürülmüş hərbi texnika da nümayiş olunacaq", - deyə paylaşımda qeyd olunur.