Heydər Əliyev unudulmaz tarixi şəxsiyyətdir!

Dahilik və dahi insan! Tez-tez eşidirik bu sözləri. Hər dəfə də düşünürəm:nədir dahilik? İnsan dahi adını necə qazanır? Necə çatır o zirvəyə?

Deyirlər ki, Ulu Tanrı sevdiyi bəşər övladlarının düçar olduğu bəladan, üzləşdiyi sıxıntılardan xilas olması üçün hər əsrdə ona bir dahi bəxş edir. Bu baxımdan Azərbaycan xalqı Tanrıya daha yaxın, taleyinə şükran xalqdır. Çünki Tanrı Heydər Əliyev kimi bir dahini bu xalqa bəxş edib.

Öz milli mənliyinə qiymət verən hər bir azərbaycanlı çox gözəl bilir ki, Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində Azərbaycan torpağını, Azərbaycan xalqını necə yüksəklərə qaldırmış, bütün dünyada tanıtmışdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ağır sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi və mədəni-mənəvi tərəqqəsinə nail olmuş qüdrətli şəxsiyyətdir. Ölkə Prezidenti, doğma Partiyamızın Sədri cənab İlham Əliyevin söylədiyi bu fikirlər Heydər Əliyevin necə bir tarixi şəxsiyyət olduğunu bir daha təsdiqləyir.

Heydər Əliyevin insanlığın Yer üzünə bəxş etdiyi ən böyük şəxsiyyətdir desək, əlbəttə, yanılmarıq. Yer kürəsində tarix yaradan, bir ölkənin,bir xalqın taleyini dəyişən şəxsiyyətlər az olmayıb. Ancaq XX əsrin peyğəmbərinə çevrilmiş Heydər Əliyev şəxsiyyəti hər kəsdən, hər şeydən uca dayanır. Vətəninin, xalqının taleyinə biganə qalmayanlar, azadlığa, müstəqilliyə can atanlar tarixin burulğanlarında tək olmamışlar. Hər böyük şəxsiyyətin yanında onu dəstəkləyən, ona arxa olan silahdaşları olub. Ümummilli Liderimiz Heydər Əliyev isə ona görə bütün ərslər və bütün nəsillər üçün ən nəhəng şəxsiyyətdir ki, parçalanmaqda, məhv olmaqda olan Azərbaycanı öz qüdrətli əlləri ilə təkbaşına xarabalıqlar üzərindən qaldırıb.
Ulu Öndərimizi ucaldan əsas xüsusiyyətlardən biri də onun dəyişməz əqidəli olması, xalqına, onun adət-ənənlərinə, əxlaq və mənəvi prinsiplərinə qırılmaz, möhkəm tellərlə bağlılığıdır.
1988-1993-cü illərdə Azərbaycan xalqı ağır itkilərə məruz qaldı. Düşmən üstümüzə ayaq aldı, torpaqlarımız talandı, soydaşlarımız həlak oldu, insanlarımız didərgin düşdü. Ən əsası da o oldu ki, ölkədə özbaşınalıq yarandı. Bu özbaşınalıq və xaos Azərbaycanın müstəqilliyini təhlükə altında qoydu.

Məhz bu anda xalq öz xilaskarını axtarıb tapdı. Milli Liderimiz Heydər Əliyev hər zaman olduğu kimi xalqın çağırışına səs verdi,Naxçıvandan Bakıya gəldi. O, yaranmış gərgin mürəkkəb durumu-vətəndaş müharibəsi alovunu söndürdü. Mənfur qüvvələr onun siyasəti qarşısında geri çəkilsələr də, növbəti həmlələr üçün əlverişli məqam gözləyirdilər. Ermənistan-Azərbaycan arasındakı müharibədə atəşkəs əldə olundu. İqtisadiyyatımızın inkişafı üçün verilmiş ən böyük töhfə olan "Əsrin müqaviləsi" imzalandı. 1995-ci ildə ilk dəfə olaraq müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi.

Görünən dağa bələdçi nə lazım? Doğrudan da, o özü elə bir dağ idi ki, bütün Azərbaycan Ona arxalanmışdı. Tarixdə yeni bir era yaratmaq yalnız nadir şəxsiyyətlərə nəsib olur. Məhz həmin şəxsiyyətlər öz qüdrətli əməllərə ilə tarixi inkişafa təkan verir, ona öz dönməz iradələrinə diqtə edir, coşqun fəaliyyətləri ilə sözün əsl mənasında, tarixin yaradıcısına çevrilirlər.

Ulu Öndər SSRİ kimi nəhəng, fövqəldövlətin ali rəhbərliyinə yüksələn ilk azərbaycanlı idi. O öz bacarığı, qabiliyyəti ilə Azərbaycan xalqına və bütövlükdə türk dünyanın həmişə başucalığı gətirmişdir. Onun polad kimi əyilməyən, möhkəm iradəsi, düzgün qərar qəbul etmək bacarığı hamını mat qoymuşdu. Hakimiyyətə gəldiyi ilk gündən dahi Heydər Əliyev Azərbaycan dilinə xüxusi diqqət yetirmiş, onu həqiqi dövlət dili səviyyəsinə qaldırmağa nail olmuşdur.

Tarixi şəxsiyyətə çevrilmək, ürəklərdə yaşamağı bacarmaq hər insana nəsib olmur. Heydər Əliyev qəlbləri fəth edən, ürəklərə iz qoymağı bacaran, müstəqillik əbədilik hüququ qazanan bir insandır. Müasir Azərbaycanımızın banisi olan Ümummilli Lider tarixi şəxsiyyətdir. O, bənzəri olmayan bir ömür yaşadı və sabah başlanan bir yol yaratdı. Bu yol onun bizlərə bəxş etdiyi gözəl və işıqlı yoldur.

Heydər Əliyevin xalqımıza bəxş etdiyi ən böyük töhfə,ən layiqli davamçı dahi Öndərin ocağında dünyaya gələn, onun həyat, siyasət universitetində dərs alıb yetişən, kamilləşən möhtərəm Prezidentimiz cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən torpaqlarımızı düşməndən azad edəcəyini söyləyir, "Qarabağ Azərbaycandır və nida işarəsi fikrini hər yerdə bəyan edirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu və onun Ali Baş Komandanı mümkünsüzü mümkün etdi.

Cəmi 44 günlük müharibədə 30 illik bir əsarətə son qoyuldu.

Dahi Heydər Əliyev müasir və müstəqil Azərbaycanın tarixini yazan dahi şəxsiyyətdir. Onun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyev isə bu tarixin ən parlaq səhifələri Azərbaycan xalqının iftixar və qürur mənbyinə çevrilən tarixi Qələbəni əldə etdi. Şanlı tariximizin ən parlaq səhifəsi olan Zəfəri bizə yaşatdı.
2003 cü ildə xalqımız öz oğlunu-dahi Heydər Əliyevi cismən itirdi,amma tarix onu bizdən uzaqlaşdırdıqca,O, bizə daha da yaxınlaşır, hər zaman qəlbimizdə əbədi olaraq yaşayır və yaşayacaqdır!

Zərif Mehtiyeva

YAP Yevlax rayon təşkilatının fəalı, Prezident Yanında İdarəçilik Akdemiyasının məzunu, Şəhər 4N-li tam orta məktəbin direktoru