- EKONEWS
- 23 Fevral 2025 20:10
- 5 932
Ən soyuq hava bu tarixdə gözlənilir, Bakıda 5-8 dərəcə şaxta olacaq
Gözlənilən hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq.
Yollar buz bağlayacaq.