Xanım voleybolçularımız cəmi iki qələbə qazana biliblər Xanım voleybolçularımız cəmi iki qələbə qazana biliblər
  • Fanat
  • 11 Oktyabr 2018 11:34
  •  2 310

Millimiz dünya çempionatından məğlubiyyətlə ayrıldı

Xanım voleybolçularımız cəmi iki qələbə qazana biliblər

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada voleybol üzrə dünya çempionatının ikinci mərhələsində son oyununu keçirib.

Millimiz özü kimi autsayder olan Bolqarıstan yığması ilə qarşılaşıb və 0:3 uduzub (19:25, 20:25, 20:25).

Bununla da millimiz dünya çempionatında cəmi iki qələbə qazanıb və digər yeddi oyunda uduzub. (oxu.az)

© AzNews.az