Kiyev “Dinamo”sunun əfsanələrindən sayılan Oleq Bazileviç vəfat edib Kiyev “Dinamo”sunun əfsanələrindən sayılan Oleq Bazileviç vəfat edib
  • Fanat
  • 17 Oktyabr 2018 09:08
  •  1 247

Lobanovskinin yaxın dostu da öldü

Kiyev “Dinamo”sunun əfsanələrindən sayılan Oleq Bazileviç vəfat edib

Aznews.az xəbər verir ki, Bazileviç uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. O, demək olar ki, bütün karyerasını “Dinamo”da keçirib. Bu komandanın heyətində 161 oyunda meydana çıxıb, 53 qol vurub.

Bazileviç futbolçu karyerasını bitirdikdən sonra əfsanəvi Lobanovskinin məşqçilər korpusuna daxil olub. Onun yaxın dostu sayılıb. O, “Dinamo”nun dünyaca məşhur elmi laboratoriyasının əsasını qoyub.

Bazileviç 2 il Ukrayna yığmasına da rəhbərlik edib. O, 1978-ci ildə təyyarə qəzasına düşən Daşkənd “Paxtakor”unun baş məşqçisi olub. Ancaq Bazileviç qarşılaşmaya başqa reyslə getdiyi üçün sağ qalıb.

© AzNews.az