İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir. İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.
  • Fanat
  • 20 Oktyabr 2018 17:39
  •  2 323

“Real” yenə məğlub oldu - Video

İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.

Baş məşqçi Zinəddin Zidan və hücumçu Kriştiano Ronaldonun gedişindən soinra bu mövsüm yaxşı günlər keçirməyən “Real” öz meydanında növbəti məğlubiyyətini alıb.

“Levante” ilə qarşılaşan “Real” rəqibinə 1:2 hesabı ilə uduzub.

4 oyundur qələbə qazana bilməyən Madrid təmsilçisi, son 4 oyunda 3-cü məğlubiyyətini alıb.

Qeyd edək ki, “Real” 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Levante” bu qələbə ilə xalını 13-ə çatdıraraq 7-ci pilləyə yüksəlib. Turnir cədvəlinə isə sürpriz şəkildə 17 xal toplayan “Alaves” başçılıq edir.

“Real” - “Levante” - 1:2

Qollar: Morales, 6 (0:1), Roger, 13 (0:2), Marselo, 72 (1:2)

AzNews.az