O, qazanacağı məbləği açıqlayıb O, qazanacağı məbləği açıqlayıb
  • Fanat
  • 20 Oktyabr 2018 19:46
  •  2 191

Floyd Meyvezer Həbiblə döyüşdən nə qədər qazanacaq?

O, qazanacağı məbləği açıqlayıb

Sonuncu dəfə 2017-ci ilin avqustunda Konor Makqreqorla döyüşən və rəqibini 10-cu raundda məğlub edən Floyd Meyvezer 2019-cu ildə yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla döyüşəcək. Dağıstanlı döyüşçü amerikalı həmkarını rinqə dəvət edib və ondan müsbət cavab alıb.

Floyd Meyvezer bu döyüşdən qazanacağı məbləği açıqlayıb. Boksçu bildirib ki, bu döyüşdən 110-200 milyon dollar aralığında gəlir götürəcək.

Qeyd edək ki, Həbib Nurməhəmmədov Floyd Meyvezeri bu sözlərlə döyüşə çağırmışdı: "Haydı, Floyd! İndi döyüşməliyik. 50:0-a qarşılıq 27:0. İkimiz də heç uduzmamışıq. Ancaq meşədə yalnız bir kral var. Əlbəttə, kral mənəm. Çünki sən Makqreqoru nokauta sala bilməmisən, amma mən bunu asanlıqla bacardım".

Floyd Meyvezerin cavabı isə belə olub: "Mənə meydan oxudu. Bir müsahibəsində mənim Makqreqoru nokauta sala bilmədiyimi deyirmiş. Yaxşı Həbib, demək ki, mənim artıqlarımla döyüşürsən. İndi döyüşəcəyik. Mən hər zaman özümün şefiyəm. Həbibin nə düşündüyünü bilmirəm, amma mən hazıram".

Qeyd edək ki, keçirdiyi 50 döyüşün heç birində uduzmayan Floyd Meyvezer Makqreqorla döyüşdən 150, rəqibi isə 100 milyon dollar qazanmışdı. (Qaynarinfo)