Yeni ildən onun sponsoru Almaniyanın Adidas şirkəti olacaq Yeni ildən onun sponsoru Almaniyanın Adidas şirkəti olacaq
  • Fanat
  • 21 Oktyabr 2018 21:38
  •  1 367

ABŞ şirkəti Mariya Şarapovadan üz döndərdi - Tennisçi milyonlar itirəcək

Yeni ildən onun sponsoru Almaniyanın Adidas şirkəti olacaq

ABŞ-ın Nike şirkəti gələn ilin əvvəlində rusiyalı tennisçi Mariya Şarapova ilə sponsor müqaviləsi bağlamayacaq.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumat "The Sun" nəşri yayıb. Nəticədə Şarapova 11 milyon avro itirməli olacaq.

Mənbə bildirir ki, hər il bu məbləği almaqla tennisçi qadın idmançıları arasında ən çıx qazananların siyahısına liderlik edib.

Şarapova deyir ki, yeni ildən onun sponsoru Almaniyanın Adidas şirkəti olacaq.

Nike şirkəti Şarapova ilə 20 ildir ki, birgə çalışır. 2016-cı ildə Beynəlxalq Tennis Federasiyası rusiyalı idmançını diskvalifikasiya etdikdən sonra Nike onunla müqaviləyə xitam vermişdi, ancaq bir neçə aydan sonra həmin müqavilə yenilənmişdi.

Qeyd edək ki, Şarapova 2018-ci il mövsümünü sentyabrın 17-də başa çatdırıb. Onun korta 2019-cu ilin əvvəllərində qayıdacağı deyilir.

Babək Göyüş

© AzNews.az