“Napoli”nin baş məşqçisi Karlo Ançelotti Kriştiano Ronaldo barədə danışıb. “Napoli”nin baş məşqçisi Karlo Ançelotti Kriştiano Ronaldo barədə danışıb.
  • Fanat
  • 23 Oktyabr 2018 09:38
  •  1 985

Ronaldo həyatında yeganə səhvi edib - “Yuve”yə keçməklə

“Napoli”nin baş məşqçisi Karlo Ançelotti Kriştiano Ronaldo barədə danışıb.

Aznews.az. xəbər verir ki, Ançelotti Ronaldonun A seriyasının imicini qaldırdığını bildirib. Ancaq buna baxmayaraq, o, portuqal futbolçunun “Yuventus”a keçidinin səhv addım olduğunu vurğulayıb:

“ Ronaldonun gəlişi A seriyasının imici üçün əladır. A seriyası uzun müddət superulduzların turniri olub: Maradona, Platini, Zidan, Kaka, İbrahimoviç, Şevçenko.

Amma son 10 ildə tendensiyada eniş müşahidə olunurdu. Ronaldonun gəlişi ilə ənənə bərpa olundu.

Ronaldo möhtəşəm futbolçudur, əsl peşəkardır. Onun həyatda yeganə səhvi isə “Yuventus”a keçməsidir”.

Ançelotti 1999-2001-ci illərdə “Yuventus”u çalışdırıb. O, bu dövrü karyerasının ən uğursuz dönəmi adlandırıb. Kriştiano “Real”da Ançelottinin rəhbərliyi altında oynayıb.

© AzNews.az