Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb. Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
  • Fanat
  • 9 Noyabr 2018 00:13
  •  3 055

Qarabağ penalti ilə hesabı açdı - İLK QOL

Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.

Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi Ukraynada “Vorskla”nın qonağıdır. Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağa və qrupda ilk qələbəsini qazanmağa çalışacaq.

Qrupun digər oyununda “Arsenal” “Sportinq”i qəbul edəcək.

Xatırladaq ki, qrupda keçirdiyi üç oyunda qol vura bilməyən “Qarabağ” səfərdə “Sportinq”ə (0:2), Bakıda isə “Arsenal” (0:4) və “Vorskla”ya (0:1) məğlub olub.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan) - 0:1 (Birinci hissə)
Qol: Araz Abdullayev, 13-pen
Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion

00:00."Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

***

Matç başladı.

***

Araz Abdullayev 13-cü dəqiqədə (penalti) hesabı açdı. “Qarabağ” 1-0 hesabı ilə öndədir.

AzNews.az