Yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, Orxan Nuriyev (97 kq) isə bürünc medala sahib olub. Yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, Orxan Nuriyev (97 kq) isə bürünc medala sahib olub.
  • Fanat
  • 14 Noyabr 2018 22:58
  •  1 968

Daha 3 güləşçimiz dünya çempionatında medal qazandı

Yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, Orxan Nuriyev (97 kq) isə bürünc medala sahib olub.

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha 3 medal qazanıb.

Yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, Orxan Nuriyev (97 kq) isə bürünc medala sahib olub.

Məmmədov finalda yaponiyalı Keniçiro Fumitaya, Cəfərov isə misirli Məhəmməd İbrahim Əlsəyidə uduzub.

Əvəzində Nuriyev bürünc medal görüşündə Əli Əkbər Heydərini sonuncu xal prinsipinə əsasən üstələyib.

İlk yarış günündə Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

AzNews.az