“Dedim bunları da Barselonaya apar, orada görüşərik...” “Dedim bunları da Barselonaya apar, orada görüşərik...”
  • Fanat
  • 19 Noyabr 2018 09:33
  •  1 007

İbrahimoviç butslarını niyə Maksvelə verib?

“Dedim bunları da Barselonaya apar, orada görüşərik...”

İsveçli ulduz Zlatan İbrahimoviç, 2009-cu ildə İnterdən "Barselona"ya öz istəyi ilə getdiyini deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Maksvelin transferi zamanı ona "Barselona"ya transfer olacağını dediyini qeyd edən Zlatan, “Maksvel İnterdən "Barselona"ya gedəndə futbol ayaqqabılarımı ona verdim.

“Bunları da Barselonaya apar, orada görüşərik” dedim. Hamı zarafat etdiyimi düşündü və gülməyə başladı. 2 gün sonra Barselona ilə görüşdüm, 20 dəqiqədə imzaladım”, - deyib.

Qeyd edək ki, Barcelonada 1 mövsüm oynayan Zlatan İbrahimoviç, məşqçi Qvardiola ilə aralarında olan problemlərə görə komandadan ayrılıb.

Pərvanə AĞAZADƏ
AzNews.az