Azərbaycan Premyer Liqasının lideri “Neftçi” qol seriyasını 20-yə çatdırıb. Azərbaycan Premyer Liqasının lideri “Neftçi” qol seriyasını 20-yə çatdırıb.
  • Fanat
  • 26 Noyabr 2018 12:42
  •  1 056

“Neftçi” qol seriyasını 20-yə çatdırdı

Azərbaycan Premyer Liqasının lideri “Neftçi” qol seriyasını 20-yə çatdırıb.

XII turda “Səbail”ə 2:0 hesabı ilə qalib gələn “ağ-qaralar” ardıcıl 20 matçdır meydanı qolsuz tərk etmir.

Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümdə, martın 14-də “Qarabağ”la ev görüşündə qol vura bilməyib – 0:0.

Ötən mövsümün son 8 turunda 15, cari çempionatın 12 matçında 24 dəfə fərqlənən “Neftçi” 20 oyunluq seriya müddətində 39 dəfə rəqib qapısına yol tapıb.

Bu, "Neftçi"nin Azərbaycan çempionatlarında 3-cü, son 11 ildə isə ən yaxşı göstəricisidir.(report.az)

© AzNews.az