18 yaşlı mərkəz yarımmüdafiəçisi komandamızın heyətində 33 nömrəli formanı geyinəcək. 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandamızın heyətində 33 nömrəli formanı geyinəcək.
  • Fanat
  • 3 Yanvar 2019 19:18
  •  1 942

"Fənərbağça"nın oyunçusu "Neftçi"də

18 yaşlı mərkəz yarımmüdafiəçisi komandamızın heyətində 33 nömrəli formanı geyinəcək.

"Neftçi” PFK transfer çalışmalarını davam etdirir.

AzNews.az klubun saytına istinadən verdiyi məlumata görə, gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlanıb. 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandamızın heyətində 33 nömrəli formanı geyinəcək.

"Əlincə”nin yetirməsi olan Turan Vəlizadə "Qarabağ”ın və Türkiyənin "Fənərbağça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarımızda çıxış edib. O, U-19 yığmamızın üzvüdür.

Qeyd edək ki, bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlanmışdı.

AzNews.az