Turnirə yanvarın 6-da yekun vurulacaq Turnirə yanvarın 6-da yekun vurulacaq
  • Fanat
  • 5 Yanvar 2019 08:43
  •  1 373

Azərbaycanlı şahmatçı qələbə qazandı - “Vergani Cup” festivalı

Turnirə yanvarın 6-da yekun vurulacaq

İtaliyanın Villorba şəhərində şahmat üzrə üçüncü “Vergani Cup” festivalında altıncı turun oyunlarına yekun vurulub.

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva (2301) sonuncu turda Rusiya təmsilçisi Yekaterina Dyakonova üzərində qələbə qazanaraq xalların sayını 3-ə çatdırıb.

O, bu nəticə ilə turnir cədvəlində 34-cü yerdən 25-ci pilləyə yüksəlib.

40 iştirakçının (13 qrossmeyster) qatıldığı turnirə yanvarın 6-da yekun vurulacaq. (Azərtac)