Keçmiş futbolçunun həyati təhlükəsi yoxdur. Keçmiş futbolçunun həyati təhlükəsi yoxdur.
  • Fanat
  • 5 Yanvar 2019 10:04
  •  1 983

Maradonadan pis xəbər - Xəstəxanaya yerləşdirilib

Keçmiş futbolçunun həyati təhlükəsi yoxdur.

Argentinanın ulduz futbolçusu Diego Armando Maradonaya yoxlanış üçün getdiyi xəstəxanada mədə qanaması diaqnozu qoyublar.

AzNews.az xəbər verir ki, Argentina mətbuatında verilən məlumata görə, onun bu il Meksikanın "Darodas de Sinaloa" klubu ilə müqaviləni yeniləmək üçün sağlamlıq analizləri verməyə getdiyi Olivos klinikasında mədə qanaması keçirdiyi məlum olub.

Mədəsində yara olduğu bildirilən keçmiş futbolçunun həyati təhlükəsi yoxdur. Ona sabah endoskopiya ediləcəyi deyilir.

Pərvanə Ağazadə

AzNews.az