Afrika kuboku turniri bu il iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Afrika kuboku turniri bu il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.
  • Fanat
  • 8 Yanvar 2019 16:19
  •  1 129

Bu il Afrika kuboku yarışları Misirdə keçiriləcək

Afrika kuboku turniri bu il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

Bu il futbol üzrə Afrika kuboku yarışları Misirdə keçiriləcək.

Bunu yanvarın 8-də Misir Futbol Assosiasiyasının mətbuat xidməti açıqlayıb.

Xatırladaq ki, 2021-ci ildə Afrika kuboku yarışlarının Kot-d'İvuarda təşkili nəzərdə tutulsa da, bir müddət əvvəl Afrika Futbol Konfederasiyası (AFK) bu ölkəni həmin turnirə ev sahibliyi hüququndan məhrum etmişdi. Turnirin təşkili Kameruna həvalə olunmuşdu. Kamerun builki turnirə də namizədliyini irəli sürmüş olsa da, ölkədə stadionların standartlara tam cavab verməməsi ilə əlaqədar AFK bu təklifi qəbul etməmişdi. Kot-d'İvuar isə Afrika kuboku yarışlarına 2023-cü ildə ev sahibliyi edəcək.

Afrika kuboku turniri bu il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.(AZƏRTAC)

© AzNews.az