“Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah dekabrda İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib. “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah dekabrda İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.
  • Fanat
  • 8 Yanvar 2019 16:44
  •  1 965

Məhəmməd Salah ayın ən yaxşı futbolçusu seçildi

“Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah dekabrda İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.

26 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə Eden Hazard, Harri Keyn, Rikardo Pereyra, Pol Poqba və Markus Raşfordu qabaqlayıb.

Cari mövsümdə “Liverpul” klubunun heyətində üçüncü futbolçu bu mükafata seçilib. Avqustda Sadio Mane, noyabrda isə Virgil van Diyk ayın ən yaxşı futbolçusu adına layiq görülüblər.

Məhəmməd Salah dekabrda “Liverpul”un heyətində keçirdiyi 7 oyunda 6 qol vurub.(AZƏRTAC)

© AzNews.az