• Fanat
  • 15 Yanvar 2019 23:11
  •  392

“Qalatasaray”ın oyunu qara görə təxirə düşdü - FOTOLAR

Qalınlığı 10 santimetrə çatan qarı təmizləmək mümkün olmayıb.

Bu gün gözlənilən “Qalatasaray”-“Boluspor” qarşılaşması yağan qar və futbol meydançasının əlverişsiz şəraiti üzündən təxirə düşüb.

Ziraat Türkiyə Kubokunun 16-cı turunun ilk matçın keçiriləcəyi “Atatürk Stadionu” qarla örtülüb. Qalınlığı 10 santimetrə çatan qarı təmizləmək mümkün olmayıb.

“Boluspor” oyunçuları meydana çıxsalar da, stadionun vəziyyətinə baxıb yenidən soyunma otağına qayıdıblar. Stadionda 2 qartəmizləyən maşın və 10 nəfər personalın cəhdi də uğursuz olub. Azarkeşlər də tribunalara buraxılmayıb.

Qarşılaşma yanvarın 22-də olacaq. (qafqazinfo)

AzNews.az

image description image description image description image description image description