Hazard ildə 13 milyon avro qazanacaq. Hazard ildə 13 milyon avro qazanacaq.
  • Fanat
  • 23 Yanvar 2019 10:49
  •  1 597

"Real Madrid" ilin bombasını partlatdı - Eden Hazard gəlir

Hazard ildə 13 milyon avro qazanacaq.

Londonun "Çelsi" komandasının belçikalı ulduzu Eden Hazard İspaniyanın "Real Madrid" klubu ilə anlaşdığı iddia edilir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Madrid komandası aylardır gündəmdə olan Eden Hazard transferinin ilkin detallarını razılaşdırıb.

Bu haqda informasiyanı "Diario Sport" nəşri yayıb.

Bu razılaşmaya görə, Hazard ildə 13 milyon avro qazanacaq. Beş illik müqavilədə Hazardın Qızıl topu (Ballon d'Or) qazandığı halda 1 milyon avro və Çempionlar Liqasının qalibi olacağı təqdirdə isə 1,5 milyon avro bonus alacağı deyilir.

Bir müddət öncə isə futbolçu "Real Madrid"ə keçidi ilə bağlı suallara belə cavab vermişdi:

"Mən "Çelsi"də xoşbəxtəm, burada qalmağımın səbəbləri var, amma "Real Madrid" mənim uşaqlıq arzumdur".

Hazard bu mövsüm İngiltərə Premyer Liqasında "Çelsi" forması ilə 22 matçda 10 qol vurub, 10 asist edib.

Babək Göyüş

AzNews.az