Almaniya Bundesliqasında 19-cu turun "Borussiya"(Dortmund)- "Hannover" oyunu keçirilib. Almaniya Bundesliqasında 19-cu turun "Borussiya"(Dortmund)- "Hannover" oyunu keçirilib.
  • Fanat
  • 26 Yanvar 2019 23:08
  •  2 025

"Borussiya" autsayderləri darmadağın etdi

Almaniya Bundesliqasında 19-cu turun "Borussiya"(Dortmund)- "Hannover" oyunu keçirilib.

Oxu.az xəbər verir ki, 18 turdan sonra bundesliqada lider olan "Borussiya" autsayderlərə qarşı da amansız olub.

Meydan sahibləri rəqibi 5-1 hesabı ilə darmadağın ediblər. Oyunda hesab 24-ci dəqiqədə Hakiminin qolu ilə açılıb. Birinci hissə bu hesabla başa çatıb. Meydan sahibləri fasiləyə minimal hesablı üstünlüklə yollanıblar.

60-cı dəqiqədə "Borussiya"nın kapitanı Roys hesab arasındakı fərqi ikiyə çatdırıb. Bundan iki dəqiqə sonra Qötzenin qolu ilə hesab 3-0 olub. 57-ci dəqiqədə Qurreyro adını tabloya yazdıraraq hesab arasındakı fərqi 4-ə çatdırıb. Qonaqların təsəlli qolunu 87-ci dəqiqədə Bakalorz vurub.

Oyunda sonuncu qol 90-cı dəqiqədə vurulub. Vitselin dəqiq zərbəsi ilə meydan sahibləri oyunun taleyini həll ediblər. Bununla da "Arı" lar Bundesliqada liderlik mövqelərini qoruyublar.

AzNews.az