İkiqat dünya çempionu daha bir qələbə qazanıb. İkiqat dünya çempionu daha bir qələbə qazanıb.
  • Fanat
  • 28 Yanvar 2019 12:00
  •  1 384

Alonso qalib gəldi - FOTO

İkiqat dünya çempionu daha bir qələbə qazanıb.

Sabiq Formula 1 pilotu Fernando Alonso ABŞ-da keçirilən "24 saatlıq Daytona" marafonunun qalibi oldu.

AzNews.az xəbər verir ki, Alonso amerikalı Cordan Teylor, yaponiyalı Kamui Kobayasi və hollandiyalı Renqer van Zande ilə "Wayne Taylor Racing" komandasında yarışda qalib gəldi.

İspan pilot gecə yağışda ən yaxın rəqibi Felipe Nasraya 5 saniyə fərq ataraq birinci olmağı bacarıb. O, həmçinin 2018-ci ildə Le Man yarışında da qalib gəlməyi bacarmışdı.

Fernando Alonso hazırki mövsümdə Amerikada keçirilən IndyCar-da da mübarizə aparır. Qeyd edək ki, o, ikiqat dünya çempionu olduğu Formula 1 seriyasını ötən il tərk edib.

Fəridə Abdulla

AzNews.az