• Fanat
  • 28 Yanvar 2019 17:37
  •  444

“Espanyol” çinli futbolçu aldı

İspaniyanın “Espanyol” klubu Çin çempionatının bombardiri Vu Leini transfer edib.

27 yaşlı futbolçu Çinin “Şanxay SIPG” komandasından transfer olunub. Çinli hücumçu karyerasının debütünü də bu klubda edib.

Qeyd edək ki, Vu Lei ötən mövsüm 27 qolla Çinin çempionatının bombardiri seçilib. Çin millisinin heyətində 63 oyun keçirən futbolçu 16 qolun müəllifi olub.(AZƏRTAC)

© AzNews.az