Şemberyev 400 metr məsafədə qarışıq üsülda üzmə üzrə 4,23 nəticə ilə ikinci yeri tutub. Şemberyev 400 metr məsafədə qarışıq üsülda üzmə üzrə 4,23 nəticə ilə ikinci yeri tutub.
  • Fanat
  • 30 Yanvar 2019 22:10
  •  1 911

İdmançımız Lüksemburqda iki gümüş medal qazandı

Şemberyev 400 metr məsafədə qarışıq üsülda üzmə üzrə 4,23 nəticə ilə ikinci yeri tutub.

Azərbaycan üzgüçüsü Maksim Şemberyev Lüksemburqda keçirilən Avropa Üzgüçülük Federasiyası (LEN) Kubokunun növbəti mərhələ yarışlarında iki gümüş medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasından “Report”a verilən məlumata görə, Şemberyev 400 metr məsafədə qarışıq üsülda üzmə üzrə 4,23 nəticə ilə ikinci yeri tutub. O, 1500 metr məsafədə 15,38 nəticə ilə gümüş medal əldə edib.

Azərbaycanın üzgüçülük üzrə milli komandasının baş məşqçisi Rəşad Əbdürəhmanov bu nəticəni qənaətbəxş hesab etdiyini söyləyib: “Maksim Şemberyevin qatıldığı 21-ci “Euro Meet” turniri 12-28 iyul 2019-cu ildə Cənubi Koreyanın Kvandju şəhərində keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Bu il ilk mötəbər yarış olduğundan Maksimin tam gücü ilə çıxış etməməsi normal bir haldır. Bu, bizim uzun müddətdir böyük yüklə çalışmalarımızın nəticəsini müəyyənləşdirmək üçün vacib yarışma idi. Maksim onun qarşısında qoyulan öhdəlikləri yerinə yetirir. Ümidvaram ki, dünya çempionatında Azərbaycanı layiqincə təmsil edəcək”.

AzNews.az