İspaniya La Liqasının XXV turunun mərkəzi görüşü "Sevilya" və "Barselona" komandaları arasında keçirilib. İspaniya La Liqasının XXV turunun mərkəzi görüşü "Sevilya" və "Barselona" komandaları arasında keçirilib.
  • Fanat
  • 23 Fevral 2019 21:40
  •  1 243

Messi "Barselona"ya "Sevilya" üzərində səfər qələbəsi qazandırdı

İspaniya La Liqasının XXV turunun mərkəzi görüşü "Sevilya" və "Barselona" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Roman Sançes Pisxuan" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahibləri oyun ərzində 2 dəfə önə keçsələr də, "Barsa" Lionel Messinin "het-trik"i və məhsuldar ötürməsi sayəsində üstünlüyü öz xeyrinə dəyişib.

Bu qələbə sayəsində "Barselona" xallarını 57-yə çatdıraraq, liderliyini davam etdirib. Ehtiyatda bir oyunu olan "Real Madrid" 47 xalla 2-ci pillədədir. "Sevilya" isə 37 xalla 5-cidir.

İspaniya La Liqası, XXV tur

19:15. Sevilya" - "Barselona" - 2:4

Qollar: Xesus Navas, 22. Qabriel Merkado, 42 - Lionel Messi, 26; 67; 85. Luis Suares, 90+3

AzNews.az