Meydan sahiblərinin fanatları matçın ikinci hissəsində iqçi şüarlar səsləndiriblər. Meydan sahiblərinin fanatları matçın ikinci hissəsində iqçi şüarlar səsləndiriblər.
  • Fanat
  • 18 Mart 2019 18:40
  •  1 615

"Çelsi" Ukrayna klubunu UEFA-ya şikayət etdi

Meydan sahiblərinin fanatları matçın ikinci hissəsində iqçi şüarlar səsləndiriblər.

İngiltərə təmsilçisi "Çelsi" Ukraynanın "Dinamo" (Kiyev) klubunu UEFA-ya şikayət edib.

Səbəb Avropa Liqasının 1/8 final mərhələsinin Kiyevdəki cavab oyununda azarkeşlərin London təmsilçisinin oyunçusu Kallum Hadson-Odoiyə qarşı irqçi ifadələr işlətməsi və təhqir etməsidir.

Bildirilib ki, meydan sahiblərinin fanatları matçın ikinci hissəsində iqçi şüarlar səsləndiriblər. 19 yaşlı hücumçu hadisə ilə bağlı klub rəhbərliyinə müraciət edib. Görüşün UEFA nümayəndəsinə isə məlumat verilib. UEFA məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, qarşılaşma "Çelsi"nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə rəqibini 3:0 hesabı ilə üstələyən İngiltərə klubu 1/4 finalda Çexiya "Slaviya"sına rəqib olub. (report)

AzNews.az