"Çox istərdim ki, hava yağışlı olmasın". "Çox istərdim ki, hava yağışlı olmasın".
  • Fanat
  • 19 Mart 2019 12:51
  •  862

Xorvatiya-Azərbaycan oyununa 13 min bilet satılıb

"Çox istərdim ki, hava yağışlı olmasın".

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya-Azərbaycan oyununa 13 min bilet satılıb.

Oyunun keçiriləcəyi Zaqrebdəki “Maksimir” stadionu 35 min tamaşaçı tutumuna malikdir.

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib: “Ümid edirəm ki, oyun günü “Maksimir”də azarkeşlərin dəstəyini hiss edəcəyik. Çünki bizim buna ehtiyacımız var. Çox istərdim ki, hava yağışlı olmasın və stadion azarkeşlərlə dolu olsun”.

Qeyd edək ki, Xorvatiya-Azərbaycan oyunu martın 21-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.(AZƏRTAC)

AzNews.az