- Fanat
- 30 Mart 2019 18:12
- 2 151
"Səbail" son dəqiqələrdə vurduğu qolla qələbə qazandı

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
Açılış matçında "Zirə" "Səbail"i qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1
30-cu dəqiqədə "Səbail"in heyətində Ağabala Ramazanov qapıçı ilə təkbətək çıxsa da, şansdan yararlana bilməyib. Buna baxmayaraq, hücumçu 41-ci dəqiqədə fərqlənməklə komandasını hesabda önə keçirib. 69-cu dəqiqədə meydan sahiblərinin legioneri Xulio Sezar Rodriqes bərabərlik qolunu vurub. 90+4-cü dəqiqədə Şəhriyar Rəhimov "Səbail"ə qələbə qazandıran qola imza atıb.
Bu nəticədən sonra "Səbail" 34 xalla üçüncü, "Zirə" isə 22 xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, günün digər oyununda "Keşlə" və "Neftçi" komandaları qarşılaşacaq. Tura aprelin 1-də keçiriləcək "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq. (report)
AzNews.az