"Onun meydana çıxması planda var idi" "Onun meydana çıxması planda var idi"
  • Fanat
  • 30 Mart 2019 19:12
  •  1 561

Aftandil Hacıyev: "Maykl Essyen istədiyimiz formada deyil"

"Onun meydana çıxması planda var idi"

"Gözlədiyimiz kimi dövrənin hər oyunu gərgin keçəcək. Maraqlı qarşılaşma alındı. Planlaşdırdıqlarımızı reallaşdırmağa çalışdıq. İlk hissəni epizodlara görə aktivimizə yazmaq olar. Fasilədən sonra çətin olacağını bilirdik. Futbolçular xarakter göstərdilər. Qələbə qazandıq və oyunçularımızı təbrik edirəm. Bundan sonra hər xal bizim üçün çox qiymətlidir. Qarşıda çətin oyunlar var. "Zirə" ardıcıl neçə oyun uduzmurdu. Rəqibə qarşıdakı matçlarda uğurlar arzulayıram".

Bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirdiyi mətbuat konfransında deyib.

Gənc mütəxəssis tanınmış futbolçu Maykl Essyenə şans verməməsinə də toxunub: "Onun meydana çıxması planda var idi. Matçın gedişatından çox şey asılıdır. Amma bu gün mümkün olmadı. Qarşıdakı oyunlarda ona şans verə bilərik. Tanınmış futbolçudur, amma istədiyimiz formada deyil. Azarkeşlərimizə də təşəkkür edirəm".

Hacıyev bildirib ki, bu gün ən azından uduzmamağı düşünüblər: "Son dəqiqələrdə qol vurmağımız yerinə düşdü. Meydana çıxan futbolçular öz işlərini layiqincə yerinə yetirdilər". (report)

AzNews.az