II Avropa Oyunları iyunun 30-dək davam edəcək. II Avropa Oyunları iyunun 30-dək davam edəcək.
  • Fanat
  • 4 Aprel 2019 10:06
  •  1 799

II Avropa Oyunlarının məşəli Romada yandırılacaq

II Avropa Oyunları iyunun 30-dək davam edəcək.

"Minsk-2019" II Avropa Oyunlarının məşəli ilk dəfə qitənin bir neçə ölkəsinin ərazisini dolaşacaq.

Bu barədə Təşkilat Komitəsinin mərasimlər üzrə idarəsinin rəisi Sergey Xomiç Oyunların rəsmi saytına açıqlamasında deyib. O bildirib ki, yarışın məşəlini Avropa Olimpiya Komitələrinin (EOC) mənzil-qərargahının yerləşdiyi İtaliyanın paytaxtı Romadakı "Ara Pacis" muzey kompleksində 7 nəfər yandıracaq. Təntənəli mərasim zamanı aksiyanın simvolu olan və EOC üçün hazırlanmış zeytun ağacı da təqdim olunacaq.

Daha sonra Belarus bayker klubunun üzvləri Sloveniya, Avstriya, Macarıstan, Slovakiya, Çexiya, Polşa ərazilərindən keçəcək məşəli müşayiət edəcəklər. Belarusa mayın 12-də daxil olacaq məşəl ölkə ərazisini dolaşdıqdan sonra iyunun 17-də Minskə gətiriləcək. Məşəl paytaxt ərazisində 5 gün dövrə vuracaq və iyunun 21-də "Dinamo" Milli Olimpiya Stadionundakı açılış mərasiminə gətiriləcək. Belarus ərazisindəki estafetə idmançı, mütəxəssis, elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət 450 nəfər qatılacaq.

II Avropa Oyunları iyunun 30-dək davam edəcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarının məşəli yalnız Azərbaycan ərazisində dolaşıb.(report.az)

AzNews.az