Klubun gəlirləri futbolçuların satışı və komandanın Çempionlar Liqasında uğurlu çıxışı sayəsində artıb. Klubun gəlirləri futbolçuların satışı və komandanın Çempionlar Liqasında uğurlu çıxışı sayəsində artıb.
  • Fanat
  • 4 Aprel 2019 20:11
  •  1 418

London klubu rekord qazanc əldə etdi

Klubun gəlirləri futbolçuların satışı və komandanın Çempionlar Liqasında uğurlu çıxışı sayəsində artıb.

İngiltərənin "Tottenhem" klubu 2017-2018 mövsümündə 113 milyon funt sterlinq qazanmaqla rekord mənfəət əldə edib.

London təmsilçisinin il ərzində gəliri isə 310-dan 380 milyon funt sterlinqə yüksəlib. Klubun gəlirləri futbolçuların satışı və komandanın Çempionlar Liqasında uğurlu çıxışı sayəsində artıb.

İngiltərə Premyer Liqası matçlarının bilet satışından əldə olunan gəlir isə iki dəfədən çox artıb (19 milyondan 42,6 milyon sterlinqə).

"Tottenhem" futbolçuların maaşları üçün 147 milyon funt sterlinq xərcləyib. Bu isə Londonun digər təmsilçisi "Arsenal"dan 100 milyon azdır. (report)

AzNews.az