• Fanat
  • 9 Aprel 2019 14:49
  •  676

“Barselona”nın futbolçusu cərimələndi

Usman Dembele "Barselona"ya 2017-ci ilin yay transfer dövründə keçib.

Almaniya məhkəməsi İspaniyanın "Barselona" klubunun futbolçusu Usman Dembeleni 10 min avro məbləğində cərimələyib.

"Bild" xəbər verir ki, 22 yaşlı hücumçu Almaniyanın "Borussiya" (Dortmund) komandasından Kataloniya təmsilçisinə keçdikdən sonra icarədə qaldığı evi pis vəziyyətdə tərk edib.

Evin sahibi əvvəlcə oyunçudan 21 min avro təzminat tələb edib. Mülk sahibinin sözlərinə görə, Dembelenin evdə qalmasından sonra tualetin unitazı qırılıb və otaqlarda xoşagəlməz qoxu yaranıb. O, bildirib ki, hər otaqda və həyətdə zibillər də olub.

Qeyd edək ki, Usman Dembele "Borussiya"dan "Barselona"ya 2017-ci ilin yay transfer dövründə keçib.(report.az)

AzNews.az