Novitski ilin fiziki baxımdan onun üçün ağır keçdiyini söyləyib Novitski ilin fiziki baxımdan onun üçün ağır keçdiyini söyləyib
  • Fanat
  • 10 Aprel 2019 11:14
  •  2 253

Məşhur basketbolçu karyerasını başa vurdu

Novitski ilin fiziki baxımdan onun üçün ağır keçdiyini söyləyib

Milli Basketbol Liqasında çıxış edən “Dallas”ın oyunçusu Dirk Novitski karyerasını başa vurub.

40 yaşlı almaniyalı basketbolçu qərarını müntəzəm çempionatda “Feniks”si 120:109 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlayıb. Azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edən Novitski ilin fiziki baxımdan onun üçün ağır keçdiyini söyləyib.

Qeyd edək ki, Almaniyanın “Vyurtsburq” klubunun yetirməsi olan Novitski 1998-ci ildən “Dallas”da çıxış edirdi.

2011-ci ildə NBA çempionu adını qazanan idmançı, 2007-ci ildə NBA-da ən dəyərli oyunçu adına layiq görülən ilk avropalı olub.

“Dallas” cari mövsümdə pley-offa vəsiqə qazana bilməyib.(report.az)

AzNews.az